ADSL-in düzgün və lazımı qaydada işləməsini yoxlamaq qaydaları.

    Ümumilikdə İnternetin sürəti Telefon xəttinin uzunluğundan, keyfiyyətindən və müraciət olunan serverin yüklü olub-olmamasından asılıdır. İnternetin sürətinin enmə səbəbini açıqlamaq üçün, xahiş olunur aşağıda qeyd olunan addımlara əməl edəsiniz.
Diqqət: Bütün yoxlamalar yalnız bir kompüterin birbaşa ADSL modemlə qoşulması şərti ilə aparılır. Bu kompüter viruslardan təmiz, firewall, windows update və antivirus proqramları söndürülmüş olmalıdır. Bütün fayl endirimləri və ya web səhifələri bağlanmalıdır, yalnız tək bu web səhifə açıq olmalıdır. Əks halda sürət ölçüləri yanlış nəticə verə bilər.

Addım 1. İlk növbədə adsl modemin hansı sürətlə (fiziki olaraq) qoşulmasına baxmaq lazımdır. Əgər buna baxa bilmirsinizsə və ya baxmaq imkanınız yoxdursa bizimlə əlaqə (tel: 490-50-51, e-mail: support@ultel.net) saxlayıb modemin hansı sürətlə qoşulduğunu öyrənə bilərsiniz. Əmin olun ki, adsl modemin qoşulma sürəti müqavilədə göstərilən sürətə uyğundur.

Addım 2. Ultel şəbəkəsində olan sürəti yoxlamaq lazımdır. Bunu iki yolla yoxlamaq olar.

Aşağıdakı fayllardan birini yükləyin. Aşağı sürət alan müştəri kiçik faylı yükləyə bilər.

 

Yükləmə zamanı Transfer rate hissəsində alınan sürətə diqqət yetirin. Faylın sonadək yüklənməsini gözləyin.





Maksimal göstərilən sürəti cədvəllə müqayisə edin.
Cədvəldə sizin Ulteldən aldıgınız sürətə uyğun yükləmə sürətləri göstərilmişdir.

Ultelnet ISP-dən alınan surət (kb/s -ilə) Maksimal yukləmə surəti (kB/s -ilə)
64
~8
128
~16
256
~32
512
~64
1024
~128
2048
~256
3072
~384
4096
~512
6144
~768
8192
~1024

Qeyd: ADSL Trafiklə alan müştərilərin nəzərinə: ULTEL-in saytıdan yüklənən fayl sizin trafiknizdə sayılmır.
Qeyd: Hər iki halda alınan rəqəm sürətdən asılı olaraq 5-10% itki ilə ola bilər. Bu normal sayılır. Üçüncü addıma keçmək olar. Əgər nəticədə alınan rəqəm fərqi 5-10% dan artıqdırsa, bu qeyri normaldır. Belə halda bizə müraciyyət etməyinizi xahiş edirik.
Addım 3. İnternetin sürətini, Ultel şəbəkəsindən kənarda yoxlamaq üçün, hər hansı bir xarici serverlərdən (sabit işləmək şərti ilə) fayl endirməklə yoxlaya bilərsiniz. Məsələn: http://www.apple.com/downloads/ və ya FreeBSD.org səhifələrindən hər hansı bir faylı endirməklə.
Ultel, INTERNET şəbəkəsində olan hər hansi bir serverin normal işləməməsinə cavabdehlik daşımır. Normalda gün ərzində internetin sürəti müqavilədə göstərilən sürətdən 10-30% aşagı ola bilər.